• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1064
— 27.11.2020 17:45

İrandan Azərbaycana narkotik gətirənlər saxlanılıblar

KepezTV Player

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonu Qapçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində 2 nəfərin dovlət sərhədini pozması əlamətləri aşkarlanıb. Dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonu Rüdəkəran kənd sakini 29 yaşlı Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilərkən 0,5 kq “heroin” və 115 ədəd “Metadon-40” həbi aşkar olunaraq götürülüb.Məmmədov dövlət sərhədini qardaşı 39 yaşlı Seymur Məmmədovla birlikdə qanunsuz olaraq keçdiyini etiraf edib. Seymur Məmmədov yaşadığı evdə saxlanılıb, araşdırma zamanı onun əvvəllər dəfələrlə oğurluq cinayəti törətdiyinə görə məhkum olunması müəyyənləşib.Fakt üzrə cinayət işi başlanılıb.