• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 20.11.2020 19:08

Gün ərzində saxlanılan etirazçıların sayı 90-dan çoxdur

KepezTV Player

İrəvanın mərkəzində onlarla fəal avtomobil yürüşü keçirməyə cəhd edib. Əsas tələb Ermənistanın baş naziri Nikol Paşinyanın istefası olub. Eyni zamanda Respublika Meydanında reallaşdırılması planlaşdırılan etiraz aksiyası polis qüvvələri tərəfindən sərt şəkildə dağıdılıb. Həbs edilən fəallar Ermənistanın bayrağını açmağa çalışsalar da buna imkan verilməyib. Polislə etirazçılar arasında baş verən toqquşma nəticəsində bir xəsarət alıb. Bundan əvvəl etirazçılar Ermənistan paytaxtının əsas prospektlərini müvəqqəti olsa da bağlamağı bacarıblar. Etiraz aksiyaları zamanı təxminən 85 etirazçı İrəvan polis bölməsinə aparılıb. Gənclər təşkilatlarının nümayəndələri isə bəyan ediblər ki, Ermənistanın hazırkı rəhbərliyinə qarşı mübarizədən imtina etmək niyyətində deyillər və etiraz aksiyaları davam etdiriləcək. *** Gümrüdə də etirazçılar Paşinyanın istefasını tələb edirlər. Ermənistanın ikinci şəhərində baş tutan aksiyalar zamanı 8 fəal saxlanılıb.