KepezTV Player
Türkiyə Ağdam rayonunun erməni işğalından azad edilməsini alqışlayır. "Ağdam rayonunun işğaldan azad edilməsi təkcə Azərbaycan üçün yox, həm də Türkiyə üçün mühüm hadisədir. Türkiyə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması prosesini diqqətlə izləyir", - deyə hökumətdən bildirilib. **"Əzəli Azərbaycan torpaqları həqiqi sahiblərinə qayıdır" deyən Türkiyənin Milli Müdafiə Nazirliyinin Tviterdəki paylaşımında isə "Qarabağda qazandığı zəfərdən sonra əldə edilən üçtərəfli razılaşmaya əsasən qəhrəman Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub. Azərbaycan 30 il sonra işğal edilmiş öz torpaqlarına qovuşur. Qarşıdakı dövrdə də can Azərbaycanın yanında olmağa davam edəcəyik”, - yazılıb.
- Baxış: 122