• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1366
— 13.11.2020 12:05

Bacı qardaşını qətlə yetirib

KepezTV Player

Ötən gün Ağdaş rayonu, Xosrov kənd sakini 33 yaşlı Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla müəyyən edilib ki, zərərçəkəni bacısı 24 yaşlı Ülkər Ələkbərova mübahisə zamanı bıçaqlayıb. Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Ülkər Ələkbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.