• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 11.11.2020 12:06

Gənclər təşkilatlarının üzvləri erməni terroru ilə tanış olublar

KepezTV Player

Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri Gəncədə erməni terrorunun izləri ilə tanış olub, dağılan və zərər görən ərazilərə baş çəkiblər. Tədbirdə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağılan evlərin ətrafına gül düzülüb, qətlə yetirilənlərin ruhuna dualar oxunub. Qonaqlar qalibiyyət əldə etməyimizdə arxa cəbhədə savaşan gənclərin də rolunu xüsusi vurğulayıblar. Fəallığı ilə seçilən gənclər təşkilatları, xaricdə yaşayanların informasiya mübarizəsində iştirakına diqqət çəkilib. 30 ildir gözlənilən qələbəni eyni zamanda Azərbaycan gəncliyinin qələbəsi kimi qiymətləndiriblər.

Məryəm Məcidova - Gənclər Təşkilatları Milli Şurasının sədri: Son 45 gündə biz hiss etdik ki, Azərbaycan gəncliyinin birliyi nəyə qadirdir. Biz 90-cı illərin uşaqlarıyıq. Biz həmişə, Şuşanı, Qarabağı yalnız xəyallarda təsəvvür edə bilirik. Artıq həmin torpaqlara ziyarət etməyi düşünürük. Böyük bir fəxr hissi keçiririk ki, bizim nəslə bunu görmək nəsib oldu.