• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1491
— 09.11.2020 10:11

Ağdamda daha bir mülki şəxs xəsarət alıb

KepezTV Player

Ötən gün Ermənistan silahlı qüvvələri Ağdam rayonunu müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutub. Saat 20 radələrində rayonun Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 53 yaşlı Bədəlov Muxtar Əli oğlu xəsarət alıb. Prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.