KepezTV Player
Şuşanın işğaldan azad olunması xəbəri bütün dünya azərbaycanlılarının, bütün Azərbaycan vətəndaşlarının sonsuz sevincinə səbəb olub. Xalqımızın uzun illərdir həsrətlə gözlədiyi bu şad xəbər ölkənin ikinci böyük şəhəri, Cavad xan yurdu Gəncədə də böyük coşqu ilə qarşılanıb. Ali Baş Komandanın ətrafında möhkəm sıxılmış yumruq kimi sıx birləşən gəncəlilər şanlı Azərbaycan Ordusunun tezliklə bütün Qarabağı düşmən tapdağından azad edəcəyinə əmindirlər. Əməkdaşımız Nazənin Zaman Gəncə sakinlərinin sevincinə şahidlik edib. İndi biz də əməkdaşlarımızın sayəsində o xoş anları izləyirik.
- Baxış: 269