KepezTV Player
Baş Prokurorluq terroru təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirən Ermənistanın işğalçı mahiyyətini beynəlxalq müstəvidə ifşa etmək üçün təxirəsalınmaz tədbirləri davam etdirir. Aparılan araşdırmalarla zorakılığın əsas təhrikçisi olan Fransanın ekstremist “Zouaves Paris”qruplaşmasının üzvlərinin Azərbaycan silahlı qüvvələrinə qarşı muzdlu kimi istifadə edililməsi müəyyən edilib. Cinayətkar birliyin üzvlərinin xüsusi amansızlıq və milli düşmənçilik niyyəti ilə dinc Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri də aşkar edilib. Faktlarla bağlı Baş prokuror tərəfindən cinayət işi başlanılıb, intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 93