• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1292
— 03.11.2020 20:17

Zəlzələ qurbanlarının sayı 110 nəfərə çatdı

KepezTV Player

Türkiyənin İzmir şəhərində zəlzələ zamanı ölənlərin sayı 110 nəfərə yüksəlib. Həlak olanlar artsa da, xəsarət sayı dəyişməz qalıb. Yeraltı təkanlar nəticəsində 1036 nəfər yaralanıb, onlardan 898-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb. 138 nəfərin müalicəsi xəstəxana şəraitində davam edir. Dağılan 4 binada hazırda müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri aparılır.