• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 02.11.2020 19:51

Azad olunan torpaqların hesabına inkişaf edəcək aqrar sektor

KepezTV Player

Qarabağda o qədər kənd təsərrüfatı bitkisi növü yetişir ki, bitməyənləri yalnız barmaqla saymaq olar. Bu da oranın iqliminin, torpağının üstünlüyündən irəli gələn amillərdəndir. Mütəxəsislərin hesablamalarına görə qeyri-neft sektorunun əsas aparıcı sahəsi olan aqrar sektor işğaldan azad olunan ərazilərimizin hesabına daha da artacaq, büdcəyə təxminən orta hesabla 25 faizə yaxın əlavə gəlir verəcək.

Azərbaycanın ən münbit torpağı olan Qarabağda təxminən 250 min ha yaxın əkinə yararlı sahə var. Bu torpaqlar iqlim şəraitinə görə daha əlverişli hesab edilir. Burada tropik bitkilər istisna olmaqla bütün növ kənd təsərrüfatı bitkilərini becərmək mümkündür. Yəni təbii iqlim şəraiti bitkilərin yetişdirilməsi üçün çox münbitdir. Qarabağda düzən, dağ ətəyi və dağlıq zona bitkiləri növünə görə yetişdirmək imkanı verir.

Hüseyn İdrisov - ADAU-nun Bağçlıq kafedrasının müdiri: Günəş şüalarının intensivliyi orada daha yüksəkdir. İqlim şəraiti o qədər gözəldir ki, o qədər lazımlı iqlim şəraitinə malikdir ki, orada nə isə çatmır sözü yoxdur. Orada xəstəlik yoxdur, zərər verici azdır. Çünki o qədər təbii münbit var. Xəstəliyi yaradan nəmişlik, quraqlıqıdır o da orada yoxdur. Ümumi Respublika büdcəsinin 25 faizidir. Bu isə az zəhmətlə çox gəlir əldə etməkdir. Azərbaycana milyardlarla dollar, gəlir gələcəkdir.

İşğaldan azad edilən və ediləcək ərazilərdə bitkiçiliyin inkişafına töhfə vermək üçün indidən işlərə başlanılıb. Artıq mütəxəssislər tərəfindən fikir mübadilə aparılır, tədbirlər planı hazırlanır.

Hüseyn İdrisov - ADAU-nun Bağçlıq kafedrasının müdiri: ADAU-da da çox böyük planlaşdırma gedir. Hansı rayonda hansı bitkinin, hansı rayonda hansı heyvanların, hansı rayonda hansı işlərin görülməsi ilə bağlı mütəxəsislərlə planlaşdırma gedir. Biz buna borcluyuq. Mənə desələr ki, Cəbrayıl rayonunda bu işləri gör mən sabah oradayam. Ürəklə canla başla gedərəm.

Heyvandarlığın da inkişafı üçün də yeni imkanlar yaranır. Otlaq sahələrinin artması heyvandarlığa da müsbət təsir edəcək. Hazırda hər baş iri heyvan üçün 0,2-0,3 ha yaxın otlaq sahəsi düşürsə gələcəkdə bu rəqəm 0,5-0,8 ha-a çatacaq.

Süliddin Abbasov - ADAU-nun professoru: Əgər biz bu mal-qaranı həmin yerlərdə istifadə edə bilsək 3 milyon başdan çox mal saxlaya bilərik. Onlara qüvvəli yem vermək azalacaq. Bu gün orta hesabla gün ərzində hər mal üçün 30-40 meqacol enerji sərf olunursa artıq orada 10-15 meqacol sərf olunacq. Bu isə maldarlıqda 25-30 faiz çəkilən xərcin azalması deməkdir.

Qarabağın torpağı qəhvəyi və boz qəhvəyi torpaqlardır. Bu cür torpaqlarda isə çoxillik bitkiləri, bostan, meyvə - tərəvəzi inkişaf etdirmək əlavə imkanlar yaradacaq. Bunun üçün topoqrafiyalardan istifadə olunacaq.

Qurban Məmmədov - ADAU-nun dosenti: Torpaqların köhnədən bizdə xəritələri var. Həmin xəritələrdə biz torpaqların qida maddəsi ilə təmin olunması dərəcəsinə baxacağıq. Sonradan hansı zonada hansı bitkini əkib və orada hansı texnalogiyyadan istifadə etməklə yüksək məhsul götürmək olar. Biz bunu edəcəyik və bunu millət xalq olaraq əsirgəmirik.

Gələcəkdə kənd təsərrüfatının bütün sahələrinin inkişafı ölkə üzrə daxili təminatı tam təmin etməklə yanaşı ixracata da əlavə imkanlar yaradacaq. Bu isə məşğulluğun təminatı ilə yanaşı büdcəyə əlavə gəlir gətirmək deməkdir.

Elnur Vahidoğlu