Ermənilərin Azərbaycana xəyanəti, azərbaycanlılara qarşı məkrli planları hələ Sovet dövründən çızılmağa və özünü göstərməyə başlayıb. SSRİ zamanında həyatın bütün sahələrində olduğu kimi futbolda da ermənilərin və onların havadarlarının sayəsində komandalarımız sıxışdırlıb, futbolçularımıza qarşı ayrıseçkilik edilib.
Həmin illərdə futbol oynamış ötənlərin məşhur hücumçusu Maşallah Əhmədov SSRİ Çempionatını yada salanda “Ararat”la görüşləri xatırlayır. Ermənilərin Azərbaycan klublarına, xüsusən də “Neftçi”yə qarşı hamılıqla qəbul edilən idman prinsiplərindən uzaq rəqabət apardığını bildirir.
Ötən əsrin 80-ci illərində "Neftçi"nin hücum xəttinin aparıcı simaları İsgəndər Cavadov - Maşallah Əhmədov - İqor Ponomaryov olub. Bu trio nəinki Azərbaycanda, bütün SSRİ-də məşhur idi. Möhtəşəm üçlük istənilən matçın taleyini həll etməyə qadir idi və demək olar meydanı qolsuz tərk etmirdi.
Əslən Nizami yurdundan olan və futbola da Gəncədə başlayan Maşallah Əhmədov doğma şəhərinin ermənilən tərəfindən raket atəşinə tutulmasını düşmənin güclü Azərbaycan Ordusu qarşısında acizliyinə bağlayır.
Veteran futbolçunun özü Bakıda yaşasa da, yaxın qohumları Gəncədə qalır. O, bu hadisələrin gəncəliləri qorxutmadığını, əksinə intiqam hissini alovlandırdığını vurğulayır.
“Neftçi”dəki çıxışları ilə tanınan Maşallah Əhmədov 260 oyunda 64 qol vurub. 1986-cı ildə SSRİ çempionatının "33 ən güclü futbolçusu" siyahısına düşüb.
- Baxış: 279