• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 31.10.2020 21:32

Bazar və marketlərdə tibbi maskadan istifadə olunurmu?

KepezTV Player

Ölkə ərazisində elan edilən hərbi vəziyyət və tətbiq olunan karantin rejimi müddətində cəbhədən gələn xoş xəbərlərlə yanaşı koronavirusla mübarizə də unudulmur. Sosial məsafənin qorunması və qoruyucu vasitəlrədən istifadənin labüd olduğu indiki dövrdə əməkdaşlarımız Şəmkirdə bazar və marketlərdə tələblərə necə əməl edildiyi ilə maraqlanıblar.

Ölkə ərazisində virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən karantin rejimi qaydaları çərçivəsində qapalı yerlərdə, mağazalarda və digər obyektlərdə sanitar-epidemioloji qaydalara əməl etmək zərurətə çevrilib.

Ayaz Novruzov satıcı:Maskasız olmaz. İçtimai yerdə maska taxılmalıdır. Kim nə bilir kim xəstədir. Bilinməz gedib uşağa düşər. Ona görə də biz qanuna nəzaərət edirik.

Vəzir Yolçuyev satıcı:Arada bir çıxardırıq. Nəfəs ala bilməyəndə. Nəfəs alıb maskanı taxırıq. Özümüzü bu virusdan gözləyirik. Nə edək qorunmaq lazımdır.

Şahsevər Məmmədov bazar nəzarətçisi:Bazarın giriş-çıxış qapılarına nəzarəti gücləndirmişik. Əsasən müştərilər maskadan istifadə etmirlər. Lazım olanda onlara da maska alıb veririk. Tapşırırıq maskanızı taxın.

Çəmən Namazova satıcı:Budur bax ehtiyat maskam da var. Hər gün istifadə edirəm.

Bura Şəmkir rayonunun ən böyük alış-veriş məkanlarından biridir. Bu bazardan yerli sakinlərlə yanaşı ətraf şəhər və rayonların vətəndaşlarıda istifadə edir. Bazarda satıcılar qoruyucu vasitələrdən istifadə etsələr də bəzi alıcıların hələ tibbi maskadan yararlanmadığı müşahidə olunur.

Eşqin Orucov alıcı:Kartof yığırıq deyə maskanı çıxramışıq. Maska maşınımızdadır. Budur maskam.

Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər ya qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb oluna biləcəklərdən xəbərsizdirlər ya da koronovirusun yarada biləcəyi fəsadlardan çəkinmirlər.

Şəmkirin market və mağzalarında apardığımız müşahidələr zamanı vəziyyətin qənaətbəxş olduğunu deyə bilərik. Əksər marketlərin girişində tibbi vasitələrdən istifadə olunduğu maskasız şəxslərin içəri buraxılmadığı müşahidə edilir.

Qabil Nəbiyev market nəzarətçisi: İşçilərimizin hamısı maskadan istifadə edir. Ancaq bəzi vətəndaşlar hərdən maska taxmamaq üçün narazılıq edir. Ancaq deyirik yox maskasız içəri daxil olmaq olmaz. Hamı bir-biri ilə ünsiyyətdə olanda ara məsafəsi saxlamalıdır.

Fərid Nərimanlı alıcı:Hər yerə qoruyucu vasitə ilə daxil olmaq lazımdır. Tibbi spirtdən tez-tez istifadə olunmalıdır. Çox təhlükəlidir ehtiyyatlı olmaq lazımdır.

COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-i saat 6-dək uzadılıb.