• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1989
— 31.10.2020 20:57

Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib

KepezTV Player

Xəbər verdiyimiz kimi, Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Azərbaycan ərazisində törətdiyi cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında Azərbaycan Baş Prokurorluğunda araşdırma aparılıb, faktla bağlı cinayət işi başlanılıb.Baş Prokurorluqdan verilən məlumata görə, istintaq zamanı Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edən muzdlu Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib.Bəzi kütləvi informasiya vasitələrində Vaaqn Caxalyanın döyüş əməliyyatları zamanı öldürülməsi, habelə Gürcüstan vətəndaşlığından məhrum edilməsi ilə bağlı məlumatlar yayılıb. Gürcüstan Baş Prokurorluğundan alınmış şifahi məlumata əsasən məlum olub ki, Çaxalyan 2019-cu ilin sonunda Ermənistan vətəndaşlığını qəbul edib. Bu səbəbdən 2020-ci ilin əvvəllərində Gürcüstan həmin şəxsin vətəndaşlığına xitam verib.Vaaqn Çaxalyanın öldürülməsi ilə bağlı Gürcüstan media səhifələrində yayılmış məlumatla bağlı Azərbaycan Baş Prokurorluğu ilə Gürcüstan Baş Prokurorluğu tərəfindən aparılan araşdırma nəticəsində həmin məlumat öz təsdiqini tapmayıb. İstintaq edilən cinayət işi üzrə Gürcüstan Baş Prokurorluğuna hüquqi yardım haqqında rəsmi vəsatət verilib və icrası ilə bağlı Gürcüstan Baş Prokurorluğu ilə mütəmadi olaraq əlaqə saxlanılır.