• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2003
— 31.10.2020 20:45

"Bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur"

KepezTV Player

“Biz kasetli raketlərdən istifadə etmirik. Biz özümüzü müdafiə edirik. Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar”. Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib ki, bu təşkilatlar Azərbaycana gəlmək üçün müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var. Bu təşkilatlar Azərbaycana bizim müraciətimizdən sonra gəlməyə razılıq veriblər.

Dövlət başçısı vurğulayıb ki, bu vaxtadək “Human Rights Watch” və “Amnesty International” təşkilatları Azərbaycana qarşı çox aqressiv idi. Onlar heç vaxt Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç bir şərh verməyiblər. Ermənistan həbsxanasında jurnalist öləndə, Ermənistanın əsas müxalifət partiyasının rəhbəri həbs edildikdə, sabiq prezidentlərin məhkəmə işi gedəndə onlar səssiz idilər. Onlar görmək istəmirlər. Çünki onların təşkilatlarında erməni əsilli insanlar var və bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur. Azərbaycanın müasir silahlarının olduğuna diqqət çəkən Ali Baş Komandan qeyd edib ki, biz əraziləri bombalarla deyil, Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Danışıqlar məsələsinə gəlincə,

“Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır? sualına dövlət başçısının cavabı isə jurnalist üçün bir dərs olub.

Azərbaycan münaqişəyə üçüncü ölkənin cəlb olunmasını istəmir

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan münaqişəyə üçüncü ölkənin cəlb olunmasını istəmir, hansısa ölkənin cəlb oluna biləcəyini görmür. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. “Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır”. Sitatın sonu.