• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2148
— 31.10.2020 14:26

Şəhər iməciliyi keçirilib

KepezTV Player

Gəncənin istirahət guşələrində, parklarda və yol kənarlarında təmizlik aparılıb, səliqə-səhman yaradılıb. İməclikdə qurumuş otlar biçilib, ağaclarin dibləri yumşaldılıb, xəzəllərin daşınması təmin edilib, yaşıllıqlar suvarılıb. Yeni Gəncə yaşayış massivini əhatə edən işlər çərçivəsində eldar şamı, çinar, həmişəyaşıl ağaclar əkilib.  Həmçinin binaların ətrafı tullantılardan təmizlənib.

Elşad Əsgərov - MKTİB-nin rəis müavini: Bu həftənin şənbə və bazar günü Yeni Gəncəyə iməcliyi salmışıq. Sonra Gülüstan qəsəbəsində, digər qəsəbələrdə də mütamadi olaraq davam etdiləcəkdir. Gəncə şəhəri öz işindədir və heç nə bizi çəkindirmir. Biz öz gündəlik işlərimizi davam etdiririk. Şəhərdə təmizlik işləri aparırıq.