KepezTV Player
Türkiyənin Gəncədəki Baş Konsulluğunda Cümhuriyyətin elan olunmasının 97-ci ildönümü qeyd edilib. Baş konsul Zeki Öztürk bu əlamətdar gündə Türkiyə Cümhuriyyətini quran milli mübarizə qəhrəmanlarının, başda öndər Qazi Mustafa Kamal Atatürk olmaqla, hörmət və rəhmətlə xatırlandığını bildirib. Türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Cümhuriyyətinin bugünkü inkişaf və tərəqqisindən danışıb. Türkiyənin hər zaman Azərbaycana arxa-dayaq olduğu, son günlərin vətən müharibəsində də bu dəstəyin davam etdiyi vurğulanıb. Zamanında Azərbaycanlılar da Türkiyənin Çanaqqala və Qurtuluş savaşlarında vuruşub, şəhid olublar.
- Baxış: 114