Prezidentin köməkçisi Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, eləcə də diplomatik korpusun və beynəlxalq medianın nümayəndələri Tərtərdə səfər ediblər. Onlar Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində raket və ağır artilleriya zərbələri endirdiyi ərazilərə, mülki evlərə baş çəkərək vəziyyətlə yerində tanış olublar. Bu gün saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonu ərazisinə qadağan olunmuş 2 raket də atılıb. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sözlərinə görə, düşmənin atdığı raketlər rayonun Səhləbat, Əskipara və Ələsgərli kəndləri istiqamətində partlayıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Mülki evlərə və təssərüfata ziyan dəyib.
- Baxış: 43