• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1519
— 28.10.2020 22:19

Qardaşlığa layiq addım - Polad Həşimov parkı

KepezTV Player

Türkiyədən qardaşlığa layiq daha bir addım. Azərbaycanın qəhrəmanın oğlu Polad Həşimovun xatirəsi qardaş ölkədə əbədiləşdirilib.

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyənin Bursa şəhərində əbədiləşdirilib. Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb. Açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin tarixi köklərindən danışılıb, Azərbaycan Ordusunun göstərdiyi şücaətdən bəhs edilib. General Polad Həşomovun adının əbədiləşdirilməsi ilə bağlı qəbul olunan qərarın Türkiyə tərəfindən göstərilən siyasi və mənəvi dəstəyin davamı kimi dəyərləndirilib.

Çıxışlarda general Polad Həşimovun rəşadətli ömür yolu və onun timsalında bütün hərbçilərimizin göstərdiyi qəhrəmanlıqdan danışılıb.2 ölkə dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin ölkələrimizin gücünü artırdığı vurğulanıb.

Ümumilikdə 2 min kvadratmetrlik parkda fitnes və idman avadanlıqları yerləşdirilib, yaşıllıq sahəsi, uşaq meydançası, idman meydançası, gəzinti yolları salınıb.