• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1342
— 28.10.2020 20:55

Ermənilərin mədəniyyət terroru

KepezTV Player

Azərbaycanda akkreditasiya olunan xarici ölkələrin səfirləri üçün brifinq keçirilib. Brifinqdə xarici ölkələrin diplomatlarına ermənilərin mədəni tarixi abidlərimizin dağıdılması, həmçinin  dinc sakinlərə qarşı ermənilərin törətdiyi teror aktı barədə ətraflı məlumatlar verilib.

Prezidentin köməkçisi Hikmət Hacıyev ermənilərin Azərbaycan mədəniyyətini məhv etməsini irqçiliyin bariz nümunəsi kimi dəyərləndirib. Ermənistan rəhbərliyinin etnik və mədəni təmizləmə siyasətinin bu gün də davam etdiyini diqqət çəkiblər.

Diplomatların diqqətinə o da çatdırılıb ki, Ağdamda məsciddə heyvanlar saxlanılır. Mədəni tarixi abidələr dağıdılır. Ermənilər bununla da tariximizi saxtalaşdırmağa çalışır.

Ermənistanın cəbhədən uzaqda olan şəhərlərdə də dini abidələri hədəfə  aldıqları, mülki insanlara və infrstruktur obyektlərinə raket hücumları edərək vandallıq törətdiklərini önə çəkib.

Brifinqdə UNESCO tərəfindən bəşəriyyətin irsi kimi qəbul edilən muğamın beşiyi olan Qarabağın həm də qədim xalçaçılıq ənənələrinə malik olduğu bildirilib. Cıdır düzündə Qarabağ atları ilə çövkən oyunlarının keçirilmədiyi də vurğulanıb.

Anar Kərimov Rusiya arxivlərində İrəvan xanlığı ərazisində 300 məscid olduğunu hazırda isə  İrəvanın mərkəzində yalnız bir məscidin qaldığını bildirib.  Bu isə bir daha tarixi terrorçuluğun növbəti sübutudur.

Brifinqdə xarici diplomatları maraqlandıran suallar cavablandırılıb.