• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1530
— 27.10.2020 18:05

FHN əhaliyə müraciət etdi

KepezTV Player

Havaların soyuması ilə əlaqədar qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.Fövqəladə Hallar Nazirliyi əhalinin diqqətinə çatdırır ki, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün qaz cihazı saz və standartlara uyğun olmalı;

havaçəkən sistem işləməli, nəfəslik açıq olmalıdır. Hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı,tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.Dəm qazından zəhərlənmənin əlamətləri baş ağrısı, baş gicəllənməsi, ürək bulanması və halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır.Təhlükə zamanı 112-yə zəng edin.