• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1176
— 26.10.2020 10:15

83 yaşlı kişi qətlə yetirilib

KepezTV Player

Şəmkirdə ağır cinayət törədilib. İrmaşlı kənd sakini 83 yaşlı Mustafayev İsa Göyalı oğlu odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb. Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Araşdırmalarla zərərçəkənin qohumu 73 yaşlı Rüstəmov Hüseyn Novruz oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq İsa Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.