• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1331
— 23.10.2020 20:55

Keçmiş döyüşçü ordumuzun qələbəsindən danışır

KepezTV Player

Bizim ordumuz Qarabağda zəfər çalacaq. Tez bir zamanda əsgərlərimiz səngərdə yox,sərhədlərimizdə xidmət edəcək. Bunu rəşadətli ordumuzun cəbhədə qazandığı qələbələr deməyə əsas verir. Bu sözlərin müəllifi ikinci qrup əlil, birinci Qarabağ müharibəsinin döyüşçüsü, ehtiyatda olan mayor Zahir Səfərovdur.

Bu 1977-cu ildə biz elə bil 3 aylıq zabit hazırlığı kursları olurdu, hərbi komissarlıqdan göndərilirdi. Biz əvvəldən bir-birimiz tanımırdıq, ora daxil olandan sonra Bakının Güzdək kəndində hərbi hissədə zabit hazırlanırdı. Ora gedəndən sonra yanımda duran Vahid qardaşım idi o birsi isə Naxçıvanlı idi. Biz ehtiyatda olan zabit kimi hazıralnırdıq.

Sovet dövründə keçilən hərbi xidmət Birinci Qarabağ müharibəsində cəbhədə vuruşmaq üçün yaradılan könüllü batalyonların formalaşmasında az rol oynamadı. Gəncə poçtamtında şöbə rəisi işləyən  Zahir Səfərov da ehtiyatda olan baş leytinant kimi könüllü olaraq ordu sıralarına yollanır. Hərbi təcrübəsi olduğu üçün onu  tez bir zamanda batalyon komandiri təyin edirlər.

Zahir Səfərov keçmiş döyüşçü: N saylı dediyim hərbi hissə bu dəqiqədə orada yerləşir. Oranın relyefi elə idi ki, mən deyərdim ki, çox çətin idi. Ancaq biz öz vəzifəmizi layiqincə yerinə yetirirdik, vuruşurduq.

Həmin dövrün mövcud siyasi-hərbi çətinliyi təbii ki, döyüşlərə də təsirsiz ötüşmürdü. Belə olan halda tabeliyində olan əsgərlərdə ruh yüksəkliyi yaratmaq da asan məsələ deyildi. 500 nəfərlik batalyon komandiri olan Zahir Səfərov belə bir vəziyyətdə əsgərlərin birinə ata, birinə qardaş, birinə də oğul olaraq münasibət bəsləyib.

Zahir Səfərov keçmiş döyüşçü: Bizdə o vaxtı yaşlılardan ibarət idi. Xalqa müraciətdən sonra iş yerlərindən ibarət batalyon idi. Gəncədən gedən 500 nəfər əsgər idi və bunların da hamısı iş yerlərindən çağrılmışdı. Yaşlı olmasına baxmayaraq onların üzərinə düşən vəzifəni layiqncə yerinə yetirirdilər. Çünki onları ora vətən həsrəti aparmışdı. Biz də istəyirdik ki, əgər çiynimizə silah qismət olubsa istəyirdik ki, onda müharibə qurtarsın.

Döyüşlərə  Ağdam-Qarakənd istiqamətlərində  başlıyan Zahir Səfərov  bir çox ərazinin işğaldan azad olunmasında yaxından iştirak edərək şücaət göstərib. Gəncə batalyonu Dağlıq Qarabağın ərazisinə daxil olmağa müvəffəq olub və indi müşahidə edildiyi kimi həmin dövrdə də ermənilərin dinc sakinlərə qarşı amansızlığının şahidi olub.

Zahir Səfərov keçmiş döyüşçü:Xocalı soyqırımında nələr etdilər. Ondan sonra əsirlər görürsüz nələr danışır. Döyüş bölgəsi deyil və Gəncəyə balistik raket atıldı. Balstik raketin heç bir yerdə tətbiqi getməyib. Ancaq balstik raket sakit yatan sivil insanlara atılır. Bu harada yazılıb, uşaqların, qadınların günahı nədir. Bu heç bir  müharibə dövrünə sığan deyil.

Özünü hər an vətənin çağrışına hazır əsgər hesab edən və iki dəfə döyüşlərdə ağır yaralanan 65 yaşlı keçmiş döyüşçü ordumuzun cəbhədə qazandığı qələbələrinə  çox sevinir.

Zahir Səfərov keçmiş döyüşçü: 30 ildə qurulmuş sədləri 20-25 günə keçmək nə deməkdi? Orduya heç bir kömək lazım deyil. Ordunun təminatı var, silahı-sursatı vaxtında çatır. Döyüş taktikası elə qurulub ki, hər silahlar kor-təbii istifadə olunmur. İnsanlar elə öyrənib ki, hər gün yeni xəbərlər gözləyir. Bu xoşəbəxtlikdi.

Bu xoşbəxtliyi Qarabağda tarix yazan rəaşdətli Azərtbaycan ordusu, igid əsgərlərimiz xalqımıza yaşadır. Ehtiyatda olan mayor Zahir Səfərov da ordumuzun Qarabağda tam qələbəsinə sidqi ürəklə inanır.

Elnur Vahidoğlu