• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 23.10.2020 14:01

Epidemioloji durum pisləşərsə, yeni lokal qapanmalar ola bilər

KepezTV Player

Azərbaycanda epidemioloji durum pisləşərsə, koronavirusla əlaqədar yeni lokal qapanmaların olması ilə bağlı qərarlar verilə bilər.<br>Azərbaycanın baş infeksionisti Təyyar Eyvazovun sözlərinə görə, lokal qapanmaya o vaxt gedilir ki, hansısa bir ərazidə yaşayan inasanlar arasında infeksiyaya yoluxma halları digər ərazilərdən əhəmiyyətli dərəcədə çox olur. Əgər bu kimi tədbirlər də effektiv olmazsa, daha sərt tədbirlərə başlanıla bilər.&nbsp;Baş infeksionist əlavə edib ki, mütəxəssislər tərəfindən epidemioloji durum bütün respublika və ayrı-ayrı bölgələr üzrə mütəmadi olaraq araşdırılır. Lakin əvvəlcədən hansı qərarın və hansı bölgə üzrə veriləcəyini proqnazlaşdırmaq çətindir.