• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1816
— 23.10.2020 14:03

İşğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlərlə bağlı tədbir görüləcək

KepezTV Player

Azərbaycan Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalarla Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və və digər metal filiz yataqlarını istismar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər müəyyən edilib. İşğal olunmuş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan şəxslərə qarşı kəsərli cinayət-hüquqi tədbirlər davam etdirilir. Xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisində hansı qaydada iqtisadi fəaliyyətlə məşğul ola biləcəyi, qanunsuz iqtisadi fəaliyyətə görə cinayət qanunvericiliyinin müddəaları ilə bağlı xarici dillərdə növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb.