• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 23.10.2020 10:19

Azərbaycanlı gənclərin icazəli aksiyası zamanı ermənilər təxribat törədiblər

KepezTV Player

Polşanın Katovitse şəhərində vətənpərvər azərbaycanlı gənclərin təşəbbüsü ilə Teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya keçirilib. Aksiyada soydaşlarımızla yanaşı milliyətcə polyak olan şəhər sakinləri də iştirak edib və erməni terroruna yox deyiblər. Tədbir yekunlaşan anda ermənilər soydaşlarımıza qarşı təxribat törədib, onlara hücum çəkərək fiziki güc tətbiq ediblər. Yaranmış qarşıdurma zamanı ermənilər azərbaycanlılara pnevmatik silahlardan atəş açıblar. Təxribatla bağlı polisə müraciət olunub, araşdırma aparılır. Məlumata görə, azərbaycanlılara qarşı təxribat törədən milliyətçi ermənilərdən 3-ü saxlanılıb.