Düşmən bu dəfə cəbhə zonasından xeyli aralıda yerləşən Siyəzən rayonunu hədəfə alıb. Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən rayon istiqamətində 3 raket atılıb. Raketlərdən biri yaşayış məntəqəsinin yaxınlığında Xəzər dənizinə düşüb.
Ermənistan silahlı birləşmələri yenə mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edir. Düşmən cəbhə zonasından xeyli aralıda yerləşən Siyəzən rayonuna da “Skad” ballistik taktiki raketi atıb.
Raket atəşinə tutulan ərazinin yaxınlığından Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəməri və Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu keçir.
Böyük dağıdıcı gücə malik olan bu raketin yaşayış məntəqəsinə hədəflənməsi düşmənin əsl niyyətini göstərir.
- Baxış: 121