Onlar hər il oktyabır ayını qəmli, kədərli bir ay kimi keçirirdilər. Bu ay onlar üçün ən ağır ay kimi yaddaşlarına həkk olunmuşdu. Heç bu ayın gəlməsini bəlkə də istəmirdilər. Çünki oktyabırın 29-u Zəngilanın ermənilər tərəfindən işğal edilməsi tarixi idi. Tarix toqquşdu və təqvimin eyni ayında kədəri sevincə çevirdi. Bu gün , yəni, oktyabrın 20-si Zəngilan yenidən özünə qayıtdı. Məxsus olduğu yerə- Azərbaycana !!! İndi oktyabrın gəlişini hər il səbirsizliklə gözləyəcəklər...
Tərlan Mehdiyeva Zəngilan sakini: Keçmiş iş yoldaşım mənə zəng etdi. Dedi ki, gözün aydın Zəngilan alınıb. Bir an susdum danışmadım. O elə bildi ki, mən yıxıldım ürəyim getdi. Sonra dedi ki, Tərlan səni eşitmirəm. Elə bil ki, ürəyim yerindən çıxacaq.
Bu hiss sözlə ifadə oluna bilinməyəcək bir sevinc hissidir. O hiss ki, 27 ildir həsrətlə gələcəyi gözlənilirdi. Zəngilanın erməni işğalından azad olunması artıq məcburi köçkün olmayanların dədə-baba torpaqlarına qayıdacağına imkan yaradır.
Tərlan Mehdiyeva Zəngilan sakini:Zülmlə tikdiyim evimi görmək istəyirəm. 22 yaşından ev tikmişdim, gözəl ev idi hər bir şeyi var idi. Ancaq otura bilmədim, indi istəyirəm o evimi görüm.
Zəngilan sakini Elvin Mədətov isə orada anası, qohumlarını itirib. Gecə gündüz onların ruhunun şad olunacağı günü gözləyirdi. Bu gün isə həmin o gün oldu.
Elvin Mədətov Zəngilan sakini: Mən orada cavan anamı itirib gəlmişəm.şükür onu ruhu bu dəqiqə şaddır. Şükur Zəngilan işğaldan azad olunub. Allah ordumuza, prezidentimizə dəyməsin. Mənim qardaşımda bu dəqiqə elan olunmuş torpaqdadır. Necə lazımdır vuruşur, iştirak edir. İşğaldazn azad olunan günü eləcə onu fikirləşdim ki, birinci hansı qapıda toy ifa edəcəm. Onlar hamısı gözmün qabağındadır və arzumdur.
16 yaşında Zəngilanı tərk edən Elnur Hüseynovun isə sevincinin həddi-hidudu yoxdur. Deyir ki, gəncliyi, xəyalları, arzuları rayonları ilə bağlı olub. İndi yenidən gənclik eşqi ilə o torpaqda yaşayacaq.
Elnur Hüseynov Zəngilan sakini:Zəngilanın bütün hər yerini gəzmişəm. Hamısı gözümün qabağındadır. İş yoldaşım zəng etdi ki, Zəngilan alındı. Bir anlıq özümdə olmadım durdum qəhrlənib ağladım.
Gəncədə Məcburi köçkünlər üçün salınan qəsəbədə yaşayan zəngilanlıların tək arzusu geri qayıtmaqdır.
Vahid Abdullayev QMKİDK-nin Gəncə MİS-in rəisi:Burada 12 Zəngilan ailəsi məskunlaşıb. Bir neçə gün bundan əvvəl Fizuli şəhəri azad edildi 17 ailə var Fizulidən, Xocavənd rayonun bir hissəsi ordumuz tərəfindən azad edilib 7 ailə Xocavənd rayonundan var. Cəbrayıl rayonundan da qəsəbəmizdə məcburi köçkünlər var. Qəsəbəmizdə Kəlbəcər rayonundan olanlar daha çoxluq təşkil edir. 1250 yaşıyır. Gün o gün olsun ki, bayrağımız Xan kəndinin mərkəzində dalğalansın. Buna da inanırıq ki, dalğalanacaqdı.
Artıq buna kiçikdən böyüyə kimi hər kəs inanır. Özü də sidqi ürəklə. Çünki şanlı Azərbaycan ordusu zəfər yürüşündədir.
Elnur Vahidoğlu
- Baxış: 129