• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1688
— 15.10.2020 22:39

Fermerlər az sahədən bol məhsul yığır

KepezTV Player

Göygöllü torpaq mülkiyyətçiləri ötən il əkdikləri şəkər çuğundurundan məhsul götürə bilmədilər. Buna görə də bu il daha az sahəyə toxum əkilib. Nəticə isə ürəkaçan və sevindiricidir. Sahələrdə bol məhsul var. Proqnozlar onu deməyə əsas verir ki,  bu mövsüm məhsuldarlıq ötən ilə baxanda çox olacaq.

Sahələrdən yığılan şəkər çuğundurunun satışında fermerlər çətinlik çəkmir. İmişli Şəkər Zavodunun aldığı məhsulun istehsalı üçün onlar texnika və toxumla təmin edilib.

Ramil Ələsgərov sürücü: Hazırda biz çuğundur daşıyırıq. Mövsüm başlıyandan işləyirik. Traktorla maşına şəkər çuğunduru yüklənir. Aparıb Şəkər Zavoduna təhvil veririk. Vaxtlı-vaxtında da pulunu alırıq.

Xaliq Hüseynov torpaq mülkiyyətçisi: Hektara 60 ton məhsul verməlidir. Bu il suyumuz yaxşı oldu. Ancaq ötən il su olmadı, bu da təbətin şıltaqlığıdır. Buna biz nə edə bilərik. Zavoddan birbaşa müqavilə bağlayırıq, gəlib aparırlar, sərf edir. Bu yeri də 8 ha əkmişəm gələcəkdə səpəcəm.

Bu il Göygöldə 15 torpaq mülkiyyətçisi ilə şəkər çuğunduru əkmək üçün müqavilə bağlanılıb. Əsasən də çuğundur rayonun suvarılan 108 ha ərazisinə əkilib. Oktyabırın 1-dən sahələrdən yığımına  başlanılan məhsulun 1350 tonu artıq İmişli Şəkər Zavoduna  daşınıb.

Alik Abbasov İmişli Şəkər Zavodunun aparıcı aqronomu: Mülkiyyətçi üçün qazanc mənbəyidir. Verilən məhsulun maya dəyəri zavod tərəfindən  çıxırılır, qalan pul zavod tərəfindən verilir. Mülkiyyətçilərimiz bu il orta hesabla hektara 2 min manat qazanc götürəcəklər. Məhsul təhvil veriləndən sonra 10 gün müddətinə onun bank hesabına həmin pul göndərilir. O da pulunu götürə bilir.

Bundan başqa torpaq mülkiyyətçilərinin marağını artırıb onları həvəsləndirmək üçün dövlət tərəfindən də güzəştlər tətbiq edilir. Məhsulun sahədən itkisiz və vaxtında yığımı da vacib olan amillərdəndir. Məhz bunun üçün də işçi qrupu yaradılıb.

Adil Kərimzadə Göygöl DAİM-in Bitkiçilik sektorunun müdiri: Şəkər çuğunduru əkən istehsalçılara dövlət tərəfindən də dəstək olunur. Aqrar subsidiya tərəfindən şəkər çuğundurunun əkini üçün 1,4 əkin əmsalı müəyyən edilib. Bu da o deməkdir ki, şəkər çuğunduru əkən istehsalçılar əkdikləri şəkər çuğundurunun hər hektarına görə 280 manat dövlət tərəfindən verilən subsidiyanı alırlar. Əlbəttə bu da şəkər çuğunduru əkən fermerlərin marağını daha da artırır. Onların əkin sahələrini genişləndirməyi həvəsləndirir. Bu günə kimi şəkər çuğundurunun yığımı ilə bağlı hər hansı problem Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinə məlumat daxil olmayıb.

Hazırda sahələrdən hektardan 45 tona yaxın şəkər çuğunduru yığılır. Ötən il Göygöldə 52 mülkiyyətçi tərəfindən 354 ha sahədə əkin aparılıb. Hektardan 25 ton olmaqla 9 min 25 ton yığılan məhsuldan  559 min 550 manat gəlir əldə edilib.