• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 829
— 13.10.2020 08:19

Bakıda bacı və qardaş döyülərək əl-ayaqlarını sındırılıb

KepezTV Player

Bakının Nəsimi rayonunda iki nəfər döyülərək ağır xəsarət alıb. Hadisə Əlimərdan bəy Topçubaşov küçəsində qeydə alınıb. 59 yaşlı Səmədova Ofeliya Böyükağa qızı və onun qardaşı, 55 yaşlı Səmədov Ramiz Böyükağa oğlu qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava ediblər. Dava zamanı bacı-qardaş döyülərək ağır xəsarət alıb. Yaralılar Reanimasiya şöbəsinə yerləşdiriliblər. Ofeliya Səmədovaya sol qol sümüyünün sınığı, qardaşına isə sağ ayağının sınığı və baş nahiyəsinin əzilmiş, kəsilmiş-deşilmiş xəsarətləri diaqnozu qoyulub. Fakt araşdırılır.