• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1494
— 11.10.2020 23:01

Gündəmin əsas mövzusu - Gəncə

KepezTV Player

Ermənistanın Gəncəyə qarşı törətdiyi növbəti təxribat dünya mediasında işıqlandırılıb. Son vəziyyət, dəyən zərərlər haqda reportajlar, məqalələr hazırlanıb. Məsələyə qardaş Türkiyə başda olmaqla Fransa, Amerika, Rusiya və digər ölkələrdən olan televiziya kanalları, həmçinin xəbər agentlikləri tərəfindən münasibət bildirilib.

Dünya gündəmini zəbt edən hadisənin gedişatı hazırda hər kəsi maraqlandırsa da, baş verənlərə ilk reaksiya Türkiyədən gəlib. Media nümayəndələri Gəncədən canlı yayım və geniş reportajlar hazırlayıb. “Hürriyət” qəzeti “Ermenistan`dan kalleş saldırı” , “Sabah” qəzeti isə “Ermenistan çocukları vurdu” başlığı ilə xəbərlər paylaşıb.

Fransanın “Le Monde” nəşri də Gəncənin raket zərbələri ilə atəşə tutulması barədə məqalə dərc edib. Yazıda ermənilərin Dağlıq Qarabağda elan edilən humanitar atəşkəsə məhəl qoymaması və həlak olanların sayı öz əksini tapıb. Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun twitter hesabında paylaşdığı statusa istinad edilib.

“Ermənistan qoşunlarının Gəncəyə hücumu beynəlxalq hüququn pozulması deməkdir”. Bunu ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib. O, işğalçı ölkənin dinc sakinlərə hücumunu qətiyyətlə pisləyib.

Rusiya Xəbər Agentliyinin müəllifi olduğu məqalədə isə prezindetin köməkçisi Hikmət Hacıyevin rəsmi twitter hesabındakı paylaşmına istinad edilib. İtkilərin sayı haqda Azərbaycan Baş Prokurorluğun rəsmi açıqlamasında qeyd olunan rəqəmlər auditoriyanın diqqətinə çatdırılıb.

Mülki əhaliyə edilən hücum haqqında dünyanın ən böyük xəbər agentliyindən də münasibət gecikməyib. BBC raket hücumu ilə Gəncənin mərkəzi ərazisinin bir gecədə yerlə-yeksan olduğunu bildirib.