ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbul etmək istədikləri qətnamənin heç bir əsası yoxdur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib ki, cəbhə xəttində uğursuzluğa düçar olan Ermənistan tərəfi ermənipərəst konqresmenləri ələ alaraq Azərbaycana qarşı qətnamə qəbul etdirmək istəyirlər. O, Azərbaycan diasporunu bu qətnaməyə qarşı etiraz etməyə və bunun qarşısını almağa çağırıb: “Azərbaycan beynəlxalq qanunlar çərçivəsində öz ərazilərini işğaldan azad edir. Heç kəs bizi bu hüququmuzdan məhrum edə biməz. ABŞ Dağlıq Qarabağ və ətraf əraziləri Azərbaycan ərazisi kimi tanıyır”. Sitatın sonu. ABŞ-da erməni əsilli diaspor nümayəndələri yeni 1165 nömrəli qətnamə irəli sürərək konqresdə çıxış etmək istəyirlər.
- Baxış: 120