• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1499
— 02.10.2020 10:18

Cəbhə zonasında raketlər və top mərmisi aşkarlanıb

Ötən gün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağcabədi, Cəbrayıl Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə müraciət daxil olub.<br>19 çağırış əsasında Ağcabədinin Ağgöl, Köyük, Qaradolaq və Kürdlər kəndləri, Cəbrayılın Cocuq Mərcanlı, Füzulinin Şükürbəyli, Kərimbəyli kəndləri və Zobcuq qəsəbəsi, Goranboyun Səfikürd və Meşəli kəndləri, Tərtərin “Gölyel” adlanan ərazisi, Avtovağzalın yanı, Düyərli kəndi, Şıxarx və Yeni qəsəbə ərazisində əməliyyat keçirilib. 5 ədəd raket, 1 ədəd top mərmisi və 4 ədəd partlamış mərmi qalıqları aşkar olunub.<br>Həmçinin ANAMA-nın partlayış qrupu tərəfindən 7 ədəd raket və 1 ədəd aviobomba partlayış yolu ilə zərərsizləşdirilib.