• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1628
— 01.10.2020 22:06

Həqiqətlər Rusiya mediasında

KepezTV Player

"Ermənistan Silahlı Qüvvələri təkcə təmas xəttindəki hərbi obyektləri deyil, kəndləri, dinc sakinləri də hədəfə alır. Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiya mediasına müsahibəsində deyib ki, rəsmi Yerevan bu elementdən daim təzyiq və şantaj vasitəsi kimi istifadə edir. Ermənistan tərəfinin Dağlıq Qarabağda yaşayan ermənilərə qarşı diskriminasiya və deportasiya törədildiyi, habelə daim sıxışdırıldığı barədə iddialarına isə nazir faktlarla cavab verib. Bildirib ki, münaqişə başlayana qədər Qarabağın erməni əhalisi bundan üç dəfə çox olub. Nazir diqqətə çatdırıb ki, nizamlanma prosesindəki qeyri-konstruktiv mövqeyi Ermənistanı regional layihələrdən uzaqlaşdırıb. Ceyhun Bayramov Ermənistanın təxribatları və yaranmış vəziyyətlə əlaqədar ölkədə tətbiq olunan məhdudiyyətlərə cəmiyyətin reaksiyasına da toxunub.

Ceyhun Bayramov Xarici İşlər naziri: "Fakt ondan ibarətdir ki, Ermənistan münaqişə başlayandan, SSRİ süqut edən dövrdən əhalisinin üçdə-bir hissəsini itirib. Kiməsə elə gələ bilər ki, vəziyyət indiyədək Ermənistanın xeyirinə olub. Məsələyə ağılla yanaşmaq Ermənistanın da xeyirinə olar. Cəbhədəki təxribat seriyası cəmiyyətdə ikrah hissi doğurub. Açıq deməliyəm ki, bu məsələyə cəmiyyət çox kəskin reaksiya verir. Hər kəs məsələnin ədalətli həllini tələb edir. Hər birimiz bu təxribatların bitməsində maraqlıyıq. Onların təkrarlanmayacağına təminat verilməlidir. Buna ən yaxşı cavab isə substantiv danışıqların başlanmasıdır. Beynəlxalq hüquq normaları yerinə yetirilməli və tərəflər Ermənistan silahlı qüvvələrin ərazilərimizdən çıxarılmasını müzakirə etməlidir".