• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1430
— 30.09.2020 14:12

Hərbi vəzifəlilər sevinclə orduya yollanırlar

KepezTV Player

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin toplanış məntəqələrinə yola salınması davam edir. Tovuzdan olan hərbi vəzifələlilər də ordu sıralarına göndərilirlər.

Ölkə ərazisində qismən səfərbərlik elan edilməsi ilə əlaqədər olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə gələn hərbi vəzifəlilər və ehtiyatda olan vətəndaşlar müxtəlif hərbi hissələrə yola salınır.

Babək Məhəmmədov – çağırışçı: Bu gün qürurluyam. Qürürluyam ona görə ki bu gün Azərbaycan ordusunun sıralarına yenidən ehtiyatda olan əsgər kimi qoşuluram. Vətən uğrunda döyüşəcəyik. Bu mənim üçün həqiqətən böyük bir şərəfdir.

Tural Novruzov – çağırışçı: Mən bir söz demək istəyirəm.

Yurdun itirilməz atı kişnəməz.

Keşikdə igidi, əri olmasa.

Torpağın altında rahat yatammaz.

Torpağın üstündə yeri yoxdursa.

Yəni inşallah məndən bu müsahibəni işğal olunmuş torpalqarımızda alarsız.

Hərbi vəzifəlilər, onları yola salan valideyn və yaxınları ordumuzun əzmkarlığını yüksək dəyərləndirirlər. Düşmənin təxribatlarına layiqli cavab verildiyi, cəbhə xəttində üstünlüyün azərbaycan tərəfdə olduğu vurğulanıb.

Suliddin Novruzov – valideyn: Mən bu vətən oğurlları ilə fəxr edirəm. Özüm təqaüddə olan polis mayoruyam. Həm də veteranam qaziyəm. Mən sizlərə arzu edirəm vətənin bu günündə dayaq olun. Vətənimizin uğrunda öz canınızdan, qanınızdan əsirgəməyin. Vətənsiz insanlar dünyanın ən yazıq insanlarıdır. Allah vətənimizi var etsin. Eşq olsun vətənimizə! Mən fəxr edirəm iki oğlum hərbidədir.

Ruflan Cəfərov – valideyn: Mən də öz oğlumu sevinə-sevinə vətənimizin müdafiəsinə yola salıram. Mən arzu edirəm qələbə ilə qayıtsınlar. Əgər vətən çağırarsa Ali Baş Komandanımız əmr edərsə mən də öz oğlumla çiyin-çiyinə vətənimizi müdafiə etməyə hazıram.

Etibar Qasımov – valideyn: Övladım vətənimiz uğrunda gedən döyüşlərə canla-başla getməyə hazırdır. Mən də lazım gələrsə prezidentimizin əmri ilə oğlumla getməyə hazıram. Eşq olsun ordumuza!

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində ordunun komplektləşdirilməsinə cəlb edilir. Hərbi vəzifəlilərin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün müvafiq tədbirlər davam etdirilir.

 

Natiq Hüseyn