• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1181
— 24.09.2020 20:43

I Divizionun püşkü atıldı

KepezTV Player

Futbol üzrə I Divizionda 2020/2021 mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında baş tutan tədbir koronavirus pandemiyasına görə klub, həmçinin KİV nümayəndələri üçün qapalı olub. Bununla belə mərasim Peşəkar Futbol Liqasının rəsmi Yutub kanalı ilə canlı yayımlanıb.

Bununla belə mərasim Peşəkar Futbol Liqasının rəsmi Yutub kanalı ilə canlı yayımlanıb. Püşkdən əvvəl qurumun  Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev COVID-19 pandemiyasına görə ölkədə yaranmış ümumi vəziyyət nəzərə alınaraq 2020/2021-ci illər mövsümünün əsasnaməsinə əlavələrin olduğunu bildirib.

PFL rəsmisi tətbiq olunacaq yeni limitlə də bağlı məlumat verib.

Stadionu təmirə dayanan “Turan Tovuz” ev oyunlarının keçirilməsi ilə bağlı PFL-ə müraciət ünvanlayıb. Tovuzlular təmir işlərinə görə ötən mövsüm matçlarını Şəmkirdə keçirmək məcburiyyətində qalmışdı.

Püşkə əsasən, “Kəpəz” ilk turun oyununu səfərdə keçirəcək. Gəncəlilər “Keşlə-2” ilə qarşılaşacaq. Qərb regionunun digər klubu “Turan Tovuz” isə “Zaqatala”nı qəbul edəcək.

Çempionat 10 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq. I Diviziona oktyabrın 1-də start veriləcək.