• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2334
— 22.09.2020 20:58

"Gəncə Fires" turnirin qalibi oldu

KepezTV Player

“Gəncə Fires” komandası basketbolun 3x3 növü üzrə "Astara Open 2020" turnirində Nizami yurdunu layiqincə təmsil edərək yarışın qalibi olub. Gəncəlilər müxtəlif şəhər və rayonlardan olan 10 kollektiv arasında fərqlənməyi bacarıblar.

Turnir Azərbaycan Basketbol Federasiyasının və "Zirvə" Beynəlxalq İdman Klubunun təşkilatçılığı ilə Astaranın "Qamışoba" təlim-məşq bazasının açıq basketbol meydançasında keçirilib. Gəncəni yarışda Amil Həmzəyevin lideri və kapitanı olduğu komanda təmsil edib.

Yarışda Gəncə ilə yanaşı, Bakı, Astara və Cəlilabadı təmsil edən komandalar çıxış edib. Basketbolçular əvvəlcə qruplarda mübarizə aparıblar. Bu mərhələdə ən yaxşı nəticə göstərən 4 kollektiv həlledici raundda oynamaq imkanı qazanıb. “Gəncə alovları” finalda ev sahibi Astara adından yarışan "AZFA" komandasına 19:18 hesabı ilə qalib gəlib.

Amil Həmzəyev məşqsiz və yarışsız qaldıqları pandemiya dövründə belə turnirlərin təşkilini müsbət qiymətləndirib.

Amil Həmzəyevlə birgə “Gəncə Fires”in heyətində Polad Həsənov və Elşad Şirzadov ikilisi də yer alıb. Bu trio yarımfinalda Bakınin eyniadlı komandasını məğlubiyyətə uğradıb.