• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2099
— 21.09.2020 19:52

TT titulunu qorumağa çalışacaq

KepezTV Player

“Turan Tovuz” futbol təsərrüfatında nüfuzunu itirən qərb regionunu divizionda təmsil edən iki klubdan biridir. Bir neçə ildir ki, “Kəpəz” ilə birgə aşağı dəstədə çıxış edən Tovuz komandasının qarşıdakı mövsümdə də hədəfi dəyişməyib.

 “Turan Tovuz” son iki ildə I Divizionun qalibi olsa da, maliyyə tələblərini yerinə yetirə bilmədiyindən elita yarışından kənarda qalıb. Amma bu məqam qərbliləri ruhdan salmayıb. Komanda yenə futbolçu yetişdirməyə üstünlük verib titulunu qorumağa çalışacaq.

I Divizionda yaş limitinin yenilənməsi bir çox klubları çətin vəziyyətə salıb. Belə komandalar arasında “Turan Tovuz” da var. Qaydaya əsasən, qarşıdakı mövsümdə divizion təmsilçiləri meydana 2000-ci ildən yuxarı 6 futbolçu buraxmağa məcburdu ki, onlardan biri mütləq 2002 və 2003-cü il təvəllüdlü olmalıdı. Əsas heyətdə yaşı 20-ni ötmüş yalnız 4 oyunçu yer ala bilər.

Yeni mövsümün hazırlığını doğma rayonda keçirən tovuzlular təlim-məşq toplanışı dövründə iki yoxlama oyununa çıxıblar. İlham Yadullayevin yetirmələri “Qəbələ”nin 19 yaşlılardan ibarət komandasını məğlub edərək “Kəpəz” ilə heç-heçə oynayıb.