• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 948
— 20.09.2020 20:38

Yüksək nəticə göstərənlər mükafatlandırıldı

KepezTV Player

Yeni Azərbaycan Partiyası Gəncə şəhət Təşkilatında Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda yüksək nəticə göstərən məzunlarla görüş olub. Təhsilin cəmiyyətin inkişafını təmin edən əsas sahə olduğu, icra olunan layihə və proqramlar çərçivəsində ölkədə yeni məktəb binalarının tikilməsi, məktəbəqədər təhsil müəssisələrinin təmir edilməsinin nəticələrə müsbət təsir göstərdiyi vurğulanıb. Şagirdlərin elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar yarandığına diqqət çəkilib. 650 baldan yuxarı nəticə göstərən məzunlara fəxri fərman və hədiyyələr təqdim olunub.