• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2094
— 14.09.2020 16:08

110-dan çox şəxs cərimələndi

KepezTV Player

Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçiriblər. Avtobuslarda və taksilərdə maskadan istifadə etməyən sərnişinlər və sürücülər müəyyən edilərək cərimələniblər. Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Xırdalan şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib. Reyd zamanı həmçinin Xırdalan şəhərində avtobus dayanacaqlarında nəqliyyat vasitələrini saxlayan və bununla da sıxlığın yaranmasına səbəb olan sürücülər barəsində də protokollar tərtib olunub. Ümumilikdə epidemiya qaydalarını pozan 30-dan artıq şəxs, dayanma-durma qaydalarına əməl etməyən 80 sürücü cərimələnib.