• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1313
— 08.09.2020 20:49

Tanınmış gitaraçı öldürülüb

KepezTV Player

Prokurorluq tanınmış gitara ifaçısının qətl ilə bağlı məlumat yayıb. Bu gün saat 12 radələrində Nofəl Süleymanlının paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları hadisə yerinə və meyitə məhkəmə-ballistik, kriminalistik və tibbi ekspertlərin iştirakları ilə baxış keçiriblər. Faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla müəyyən edilib ki, 17 yaşlı Şövqü Süleymanlı mətbəxdə atası Nofəl Süleymanlının adına olan «Escot» markalı ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıq edib. Açılan atəş nəticəsində qırmalar mətbəxin eyvanında olan Nofəl Süleymanlının kürək nahiyyəsinə dəyib və o, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.