• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1823
— 07.09.2020 19:50

Prezident səfirin etimadnaməsini qəbul edib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev İranın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib. Dövlət başçısı görüşdəki çıxışında Azərbaycan-İran ikitərəfli münasibətlərinin sürətlə inkişaf etdiyini, yüksək səviyyəyə qalxdığını bildirib. Gələcək illərdə bu gün reallaşmaqda olan nəqliyyat və enerji layihələrinin daha da geniş miqyas alacağını vurğulayan Prezident İlham Əliyev hərbi-texniki sahədə əlaqələr üzrə yeni razılaşmaların əldə edildiyi də deyib. Görüşdə Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə töhfə verdiyi də diqqətə çatdırılıb. "Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır” deyən İlham Əliyev təxminən iki ay bundan əvvəl Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təcavüzü ilə əlaqədar Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Ermənistanın addımlarını pisləyən qətnamələr qəbul etdiyini, İranın hər iki təşkilatın fəal üzvü kimi bu mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərdiyini də qeyd edib.