• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1779
— 07.09.2020 19:05

4 ədəd aviabomba tapılıb

Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağstafa rayonu, Ceyrançöl qış otlaq sahəsində 4 ədəd mərminin tapılması barədə məlumat daxil olub.<br>Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd təlim məqsədli aviabomba aşkar olunub, götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.<br>Əraziyə yerüstü və yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.