• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1135
— 05.09.2020 20:19

Sosial izolyasiya qaydalarına riayət olunurmu?

KepezTV Player

Karantinin sərt dövründə olduğu kimi yumşalmalardan sonra da əhalinin bazarlardan alış-veriş etməsi əhəmiyyətini itirməyib. Daha gigiyenik, sanitar-epidemioloji tələblərə yaxın olan marketlərdə olduğu kimi açıq məkan olan bazarlarda da alver dayanmayıb. Ərzağa olan tələbatını elə bazarlar vasitəsilə ödəyənlər xüsusi tədbirlərin labüd hesab edildiyi indiki vaxtda da tələblərə əməl edirlərmi? Qarşıdakı sujetimiz bu barədə olacaq.

Kadrlardan da göründüyü kimi bazarda alan da var, satan da kifayət qədərdir. Meyvə-tərəvəz sarıdan da qıtlıq yaşanmadığını əminliklə demək olar. Qiymət sarıdan anlaşan alıcı və satıcıların işi gedir. Gedən həm də sağlamlıq ola bilər. Əgər ara məsafəsi gözlənilməsə, qoruyucu maskadan istifadə olunmasa. Müşahidələr onu göstərir ki, tələblərə hamı bir nəfər kimi riayət etmir.

Əfqan Tağıyev alıcı:Bu mənim maskamdır. Sizin fikrinizlə razıyam.

satıcı:Həmişə istifadə edirik indi gedib alacağıq.

Bəlkə də ərazinin tam qapalı məkan olmaması insanları bu baxımdan arxayın salır. Amma məkanın qapalı və ya açıq olmasından asılı olmayaraq sağlamlığını qorumaq və ətrafdakıların da həyatı üçün təhlükə yaratmamaq vacibdir. Ona görə də vətəndaşlar heç də arxayın olmamalıdırlar.

Mahmud Mahmudzadə direktor: Onların maskadan istifadə etməmələri üçün bizim əməkdaşlar nə onların fəaliyyətini dayandıra bilmirlər, nə də onlara cərimə tətbiq edə bilmirik. Çünki bizdə o səlahiyyət yoxdur. Ancaq maarifləndirici söhbət aparırıq ki, tibbi maskadan mütləq istifadə etmək vacibdir. Bunun zəruriliyini onlara izah edirik ki, insanlarla ünsiyyətdə olursuz, meyvə, tərəvəzlə ünsiyyətdə olursuz, ona görə də tibbi maskadan istifadə etmək vacibdir.

Odur ki, qoruyucu maska ilə yanaşı dezinfeksiyaedici vasitələrdən istifadəyə, mütəmadi olaraq əllərin yuyulmasına satıcılar fikir verməlidir. Alıcıların satılan məhsullarla təmasına maksimum dərəcədə imkan verilməməlidir. Sanitar-gigiyenik normaların tələbləri gözlənilməklə fəaliyyət həyata keçirilməlidir. Təbii ki, bunun təşkilində maraqlı olan tərəflər də nəzarət tədbirlərini davam etdirməklə xoşagəlməz halların yaranmasına imkan verməməlidir. Yumşaldılan karantin qaydalarının yenidən sərtləşdirilməməsi üçün cəmiyyət olaraq məsiliyyətli davranmalıyır.

Elnur Vahidoğlu