• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 719
— 03.09.2020 18:46

Marketlərdə qaydalara əməl olunurmu?

KepezTV Player

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə, ara məsafəsinin gözlənilməsi və dezinfeksiyaedici maddələrdən istifadə vacib şərtləndərdir. Bəs əhalinin tez-tez üz tutduğu mağazalarda xüsusi karantin qaydalarına əməl olunurmu? Əməkdaşımız Elnur Vahidoğlu  Gəncənin  marketlərində vəziyyəti öyrənib.

Müşahidələr ürəkaçandır. Müştərilərdən içəri daxil olan kimi əllərini girişdə qoyulan xüsusi məhlullarla dezinfeksiya etmək tələb edilir. Onların maskada olmasına xüsusi diqqət yetirilir. Kasalların qarşısında ara məsafəsinin gözlənilməsi ilə bağlı xəbərdarlıq elanları da öz yerində. Həmçinin satıcılar tibbi maskalar və əlcəklərlə təmin olunublar.

Özal Hüseynli mağaza müdiri: Mağazamız axşam bağlanandan sonra müştəri arabaları, səbətləri, digər ərazilər dezinfeksiya olunur. Səhəri günə tam hazır oluruq.

Pərviz Məmmədzadə satıcı: Səhər tezdən mağazanın açılışından bağlanışına kimi mütəmadi olaraq əllərimizi spirtlə dezinfeksiya edirik. Axşam mağaza bağlandıqdan sonra içəri xüsusi məhlullarla dezinfeksiya olunur. Mağazanın liftləri, piləkənlər xüsusi məhlullarla təmizlənir ki, sağlamlığımız qoruyaq.

Müştərilər özləri də qoyulan qaydalara əməl etməyin vacibliyinin fərqindədirlər.

Allahverdi Məmmədov alıcı: Hamıya məsləhət edərdim ki, istifadə etsinlər. Bu, bizim sağlamlığımız üçün xeyrdir.

Gülafət Həsənova alıcı: Hamı taxsa hamı da sağlam olar. Bəlkə yanımızdan keçən xəstədir, ondan yoluxa bilərik. Ona görə də öz sağlamlığımız üçün maska vacibdir.

Marketlərdə çörək və digər un məmulatları, eləcə də ət və süd məhsulları satılan bölmələrdə gigiyenik qaydalara riayət olunması diqqətdə saxlanılır. Müştərilər üçün xəbərdaredici yazılar da vurulub.

Elnur Vahidoğlu