• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 771
— 31.08.2020 19:54

Azərbaycanlı alimin hazırladığı vaksin insanlar üzərində sınaqdan keçiriləcək

KepezTV Player

Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilər üzərində hazırlanan iki peyvənd tədqiqatı heyvanlar üzərində uğurlu nəticələr verib. Peyvənd insanlar üzərində sınaqdan keçirilməyə hazırdır. AMEA-nın xəbərinə görə, Tərlan Məmmədov təxminən 4 ay əvvəl 20 nəfərlik qrupu ilə işlərə başlayıb. Alim açıqlamasında laboratoriyada xüsusi olaraq istehsal etdikləri tütün bitkisi ailəsinə aid olan "Nicotiana Benthamiana" üzərində yeni nəsil peyvəndləmə işləri apardıqlarını bildirib. İstehsal etdikləri peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır. Bu istiqamətdə iki peyvənd inkişaf etdirdiklərini deyən T.Məmmədov qazandıqları nəticələrin son dərəcə uğurlu olduğunu vurğulayıb. Araşdırma Türkiyə Peyvənd Elmi Komitəsinə hesabat şəklində təqdim edilib və yaxın zamanda Səhiyyə Nazirliyinə göndəriləcək.