• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1268
— 25.08.2020 12:48

Xəzinədara qarşı quldurluq edildi

KepezTV Player

Abşeron sakini Ramiz Cavadov RPŞ-yə müraciət edərək ona qarşı quldurluq edilməsi barədə məlumat verib. Zərərçəkən cinayəti törədən şəxslərin maskalı olduqlarını deyib. Araşdırma zamanı məlum olub ki, Masazır qəsəbəsindəki mebel fabriklərindən birinin xəzinədarı olan Cavadova qarşı quldurluğu sexin işçisi Ənvər Həmzəyev yaxın qohumu Sücəddin Həmzəyev və onun tanışı Bəhruz adlı şəxslə birlikdə törədib. Əməliyyat tədbirləri nəticəsində zərərçəkənin baş nahiyəsinə küt alətlə xəsarət yetirib “Opel” markalı avtomobilindən içərisində 7 000 ABŞ dolları və 5341 manat olan çantanı aparmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.Faktla bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.