• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 720
— 19.08.2020 19:33

Qapalı zallar istifadə olunub

KepezTV Player

Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejim qaydalarına​ əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb.​ Sabunçu Rayon Polis İdarəsi, 13-cü və 15-ci Polis Bölmələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunan vaxtdan kənar, Bakıxanov qəsəbəsindəki bir restoranın qapalı zallarında 30 nəfər, Zabrat qəsəbəsindəki iki kafedə isə 8 nəfər müəyyən olunub. Onların hər biri barəsində protokol tərtib olunub. Sahibkarlıq subyektlərinin rəhbərləri mövcud qayda və tələblərlə bağlı, xidmət personalları zəruri sosial davranış qaydalar və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıblar.