• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1421
— 15.08.2020 20:35

89 yeni yoluxma faktı

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 34 107 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 697 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, 1 904 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 041, bu günə qədər isə ümumilikdə 826 043 test icra olunub.