KepezTV Player
Könül Əliyeva ötən ilin sonunda gümüş medal qazandığı qadınların Azərbaycan çempionatında dopinq testdən keçə bilməyib. İdmançıdan alınan nümunədə qadağan edilmiş maddələrin mövcudluğu təsbit edilib. Və gənc tatami ustası 12 ay müddətinə cəzalandırılıb.
Əməkdar məşqçi yetirməsinə verilən cəzayla razılaşdıqlarını və qərardan apelyasiya şikayəti etmədikləri bildirib.
48 kq çəki dərəcəsində çıxış edən Könül Əliyeva 5 ildir ki, cüdoyla məşğul olur. 16 yaşlı idmançı yeniyetmələr arasında ölkə birinciliyinin qalibi, həmçinin gümüş və bürünc mükafatçısı olub. Yığma komandanın heyətində dünya və Avropa yarışlarında iştirak edib.
Könül Əliyeva ilə bağlı qərar fevralın 19-dan qüvvəyə minib. Cəza gələn ilin eyni günündə sona çatacaq.
- Baxış: 868