KepezTV Player
Azərbaycanın Təhsil naziri isə yeni dərs ili ilə bağlı ictimaiyyətə müraciət edib. Emin Əmrullayev deyib ki, mövzu ilə bağlı rəy və təklifləri eşitmək maraqlı olardı. "Xüsusi vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı "səhv" və ya "düz" fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır. Rəy və təkliflərinizə görə hər birinizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm", - deyə nazir vurğulayıb. Əmrullayev COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanan təkliflərə görə Təhsil İnstitutuna təşəkkürünü də bildirib. Deyib ki, qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq səmərəliliyi artırır.
- Baxış: 237